Türkiyədə İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb

Türkiyədə İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb
  24 Mart 2024    Oxunub:669
Türkiyənin səkkiz vilayətində eyni zamanda aparılan əməliyyatlar nəticəsində İŞİD-ə üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, ötən il iyunun 1-dən indiyədək bu istiqamətdə 1316 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb. Onlardan 692-i həbs edilib, 529 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti