İrəvanda silahlı şəxslər polis bölməsinə soxulublar - Video

 İrəvanda silahlı şəxslər polis bölməsinə soxulublar -  Video
  24 Mart 2024    Oxunub:1123
Naməlum silahlı şəxslər İrəvanın Nor-Nork inzibati rayonunda yerləşən polis bölməsinə soxulublar. Bu barədə TASS-a polisdəki mənbə bildirib.
İrəvanda polis idarəsinə hücum edən şəxs saxlanılıb - Video
“Hücum edənlər 3 nəfər olub, onlardan ikisi öz qumbarasının partlaması nəticəsində yaralanıb. Bir nəfər isə polis bölməsində saxlanılır,- Ermənistan Daxili İşlər Nazirliyinin nümayəndəsi Narek Sarkisyan bildirib. O, hücum edənlərin “Döyüş Qardaşlığı” üzvləri olub-olmaması ilə bağlı açıqlama verməyib.

Hadisə yerinə Ermənistanın xüsusi təyinatlı dəstəsinin üzvləri də gəlib. Hazırda ərazi mühasirəyə alınıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti