İŞİD Kabildəki səfirliklərə hücum edə bilər?

   İŞİD Kabildəki səfirliklərə hücum edə bilər?
  24 Mart 2024    Oxunub:674
"İslam Dövləti yaraqlıları Kabildəki xarici səfirliklərə hücum edə bilməyəcəklər, çünki diplomatik ərazilər xüsusi mühafizə altındadır".
Bunu radikal "Taliban" hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.

“Əfqanıstanda İŞİD təhlükəsizlik qüvvələri tərəfindən ciddi nəzarət altındadır. Bu o deməkdir ki, terrorçular fəal şəkildə təqib edilir və biz onların fəaliyyətindən yaxşı xəbərdarıq”, -TOLOnews Mücahidin sözlərindən sitat gətirir.

Taliban hökumətinin sözçüsü qeyd edib ki, İŞİD diplomatik ərazilərdə heç bir hücum həyata keçirmək imkanına malik deyil. Çünki onlar xüsusi mühafizə altındadırlar və orada xüsusi təyinatlılar yerləşdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti