Terror qurbanlarının xatirəsini "Durnalar" mahnısı ilə yad etdilər - Video

   Terror qurbanlarının xatirəsini "Durnalar" mahnısı ilə yad etdilər -    Video
  24 Mart 2024    Oxunub:807
"Crocus City Hall"da baş verən terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
TASS-ın verdiyi məlumata görə, konsert zalının divarlarına minlərlə gül və yumşaq oyuncaqlar düzülüb, şamlar və çıraqlar yandırılıb.
Terrorda ölənlərin sayı 143 nəfərə çatıb
Bir dəqiqəlik sükutdan sonra SSRİ xalq artisti Müslüm Maqomayevin ifasında “Durnalar” mahnısı səsləndirilib və 3 durnanın silueti uçurdulub.

Qeyd edək ki, hadisənin baş verdiyi konsert salonu məhz Müslüm Maqomayevin adını daşıyır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti