Kobaxidze Ermənistana getdi

   Kobaxidze Ermənistana getdi
  25 Mart 2024    Oxunub:760
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib. AzVision.az xəbər verir ki, bu barədə, Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi qarşılanma mərasimi baş nazir Nikol Paşinyanın gürcü həmkarını qəbul edəcəyi Ermənistan hökumətinin iqamətgahında baş tutacaq. Kobaxidze və Paşinyan təkbətək, həmçinin geniş tərkibdə görüşəcək, bundan sonra Gürcüstan və Ermənistanın baş nazirləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Kobaxidze Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.

Qeyd edək ki, İrakli Kobaxidze daha öncə martın 16-da Azərbaycana rəsmi səfərə gəlmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti