Paşinyan Kobaxidze ilə nələri müzakirə edib ?

   Paşinyan Kobaxidze ilə nələri müzakirə edib ?
  25 Mart 2024    Oxunub:651
Ermənistan və Gürcüstanın baş nazirləri ölkələr arasında sərhədin delimitasiyası prosesinin intensivləşdirilməsi imkanlarını müzakirə ediblər. Bu barədə Ermənistanın baş naziri birgə brifinqdə bildirib.
“Biz həmkarımla ölkələr arasında strateji əməkdaşlıq memorandumunun həyata keçirilməsi üçün mümkün və zəruri praktiki addımları müzakirə etdik.

Qeyd etmək istərdim ki, bu sənəddə bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qeyd-şərtsiz tanınmasına dair ayrıca bənd var. Bu gün biz Ermənistanla Gürcüstan arasında sərhədin delimitasiyası prosesinin intensivləşdirilməsi imkanlarını müzakirə etdik. Gürcüstanla münasibətlərin inkişafı və dərinləşməsi təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region üçün vacibdir”, - Paşinyan bildirib.

İrakli Kobaxidze öz növbəsində qeyd edib ki, Gürcüstan Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti