Ukrayna bu ay Qərbdən rekord məbləğdə yardım alacaq

   Ukrayna bu ay Qərbdən rekord məbləğdə yardım alacaq
  27 Mart 2024    Oxunub:719
Ukrayna mart ayında Qərbdən rekord məbləğdə 9 milyard dollar yardım alacağını gözləyir.
Bu barədə Ukrayna Ali Radasının Vergilər Komitəsinin rəhbəri Daniil Qetmantsev teleqram kanalında bildirib. O qeyd edib ki, Dünya Bankı Ukraynaya əlavə 1,5 milyard dollar güzəştli kredit ayırmağa qərar verib.

“Birinci rübdə Ukrayna 10,2 milyard dollar əlavə xarici maliyyə alacaq, o cümlədən mart ayında rekord 9 milyard dollar. Vəsaitin böyük hissəsi - 4,88 milyard dollar Avropa İttifaqının yardım fondundan gələcək".

Onun sözlərinə görə, aprel-may aylarında gözlənilən gəlirlərə əsasən, ölkənin birinci yarımillik üçün xarici büdcənin maliyyələşdirilməsinə olan ehtiyacının böyük hissəsinin ödənilməsinə zəmanət verilir.

Bu vəsaitlər prioritet qeyri-hərbi büdcə xərclərini dəstəkləyəcəл deyən deputat əlavə edib ki, ölkə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin istifadəsi ilə bağlı Aİ-nin yekun qərarına ümid edir.

AzVision.az


Teqlər:





Xəbər lenti