Terrorçular bir ay yataqxanada gizləniblərmiş

  Terrorçular bir ay  yataqxanada gizləniblərmiş
  27 Mart 2024    Oxunub:763
Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin qaldığı yataqxana bağlanıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar Moskvanın şimalında yerləşən bu binada terror aktından bir aydan az müddətdə yaşayıblar.

Həmin beş mərtəbəli binada hüquq idarəsi var, onun əməkdaşı agentliyin müxbirinə yataqxananın bağlandığını bildirib. Həmçinin yataqxananın saytlarda qeyd olunan əlaqə nömrələri işləmir. Telefonu heç kim qaldırmır.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Nəticədə 140 nəfər həlak olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti