"Pakistan International Airlines" borca görə özəlləşdirilir

  "Pakistan International Airlines" borca görə özəlləşdirilir
  28 Mart 2024    Oxunub:603
"Pakistan International Airlines" (PIA) milli aviadaşıyıcısının direktorlar şurası şirkətin 963 milyon dollar məbləğində borcunun restrukturizasiyasını təsdiqləyib.
Bu barədə The Express Tribune məlumat yayıb. Qeyd olunub ki, Pakistan hökuməti PİA-nı iyunun 11-dək özəlləşdirmək niyyətindədir və tenderlər gələn həftənin əvvəlində elan edilə bilər.

Potensial alıcılar arasında Qətər və BƏƏ-nin adı var. Aviaşirkətin özəlləşdirilməsinin ölkənin dövlət büdcəsinə 300 milyon dollara qədər gəlir gətirəcəyi gözlənilir.

PİA-nın 2012-ci ildən itkiləri 7,1 milyard dollar təşkil edib. Aviadaşıyıcını maliyyələşdirmək üçün dövlət vəsaiti olmadığına görə, 2023-cü ilin oktyabrında hökumət onu özəlləşdirməyə qərar verib. PİA-nın donanması 34 təyyarədən ibarətdir ki, onlardan 19-u uçuşlar həyata keçirir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti