Avrokorpusa yeni komandir təyin edilib

  Avrokorpusa yeni komandir təyin edilib
  28 Mart 2024    Oxunub:678
Polşalı general Piotr Blazeuş Avropa İttifaqının çevik reaksiya qüvvələrinə yeni komandir təyin edilib.
Bu barədə Polşa Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib. "Avrokorpusun yeni komandiri Polşa Ordusunun Baş Qərargah rəisinin birinci müavini olmuş general Piotr Blazeuş olacaq", - məlumatda deyilir.

General Blazeuş Polşanın ən təcrübəli hərbi rəhbərlərindən biri hesab olunur. 2011-2012-ci illərdə Əfqanıstandakı Polşa kontingentinə komandirlik edib, 2021-ci ildə isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsini icra edib.

Qeyd edək ki, Polşanın müdafiə departamenti Avrokorpusun əvvəlki komandiri general Yaroslav Qromadzinskini Hərbi Əks-kəşfiyyat Xidmətinin onun barəsində apardığı araşdırma ilə əlaqədar geri çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti