"Putinin fikrini rəhbər tuturuq" - Emin "Crocus Sity Holl”un bərpasından danışdı

      "Putinin fikrini rəhbər tuturuq"    - Emin "Crocus Sity Holl”un bərpasından danışdı
  28 Mart 2024    Oxunub:904
"Crocus Sity Holl”un bərpası ilə bağlı hələlik yekun qərar yoxdur".
Bunu “Rossiya 24” telekanalının efirində “Crocus Group”un prezidenti Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov deyib. O qeyd edib ki, şirkət Rusiya prezidenti Vladimir Putinin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun və ictimaiyyətin fikirlərini rəhbər tutur.
Emin Ağalarov:"Crocus City Hall"da təcili çıxışlar normal işləyib


“Xeyr, qərar verməmişik və düşünürəm ki, qərar vermək hüququna malik olan tək biz deyilik. Hesab edirəm ki, qubernatorun, hakimiyyətin, cənab prezidentin və xalqın ümumi fikrini rəhbər tuturuq".

O, təkbaşına belə bir qərar verə bilməyəcəyini, lakin konsert zalının bərpasının tərəfdarı olduğunu vurğulayıb. Ağalarov eyni zamanda, terror aktından sonra işsiz qalan 300-ə yaxın əməkdaşın başqa obyektlərdə işlə təmin olunacağını da deyib.

O, həmçinin “Crocus City Hall”a bənzər konsert zalının tikintisinin xərclərini də açıqlayıb. Ağalarovun sözlərinə görə, bunun üçün ən azı 150 milyon dollar lazımdır.

"Xatırladığım qədər, 15 il əvvəl "Crocus City Hall"un tikintisi atam Araz Ağalarova təxminən 70 milyon dollara başa gəlib. Bu gün hesab edirəm ki, 150 milyon dollardan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti