Qırğızıstanda qum fırtınası başlayıb - Video

   Qırğızıstanda qum fırtınası başlayıb -    Video
  28 Mart 2024    Oxunub:1035
Qırğızıstanın paytaxtında güclü tufan baş verib. Hadisə nəticədə bir sıra binaların üzlükləri və avtomobillər zədələnib. Bu barədə TASS məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, yüngül yağışdan sonra başlayan qum fırtınası təkcə Bişkekdə deyil, həm də Çuy vilayətinin şəhərə bitişik ərazilərində də müşahidə olunub.

Paytaxt meriyasından verilən məlumata görə, küləyin fəsadları və maddi ziyan aydınlaşdırılır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti