Polşa Rusiyaya görə aviasiyanı döyüş vəziyyətinə gətirdi

Polşa Rusiyaya görə aviasiyanı döyüş vəziyyətinə gətirdi
  29 Mart 2024    Oxunub:791
Polşa hərbi aviasiyası döyüş vəziyyətinə gətirilib. Xeyli sayda təyyarə və qırıcılar havaya qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

Komandanlıq bu tədbirlərinin Rusiya Federasiyasının intensiv aktivliyi, xüsusən də Ukrayna ərazisindəki hədəflərə ardıcıl hücumları səbəbindən edildiyini bildirib. Ölkənin cənub-şərq bölgəsində isə səs diapazonlarını artması ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Silahlı Qüvvələr əlavə edib ki, hərbçilər Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlayıb və həmçinin vəziyyətə nəzarət edirlər.

Tural Tağıyev
AzVision.az


Teqlər: Polşa   Ukrayna  





Xəbər lenti