Şoray Kadir İnanırdan yazdı: "Bizi sevindirdin"

  Şoray Kadir İnanırdan yazdı:    "Bizi sevindirdin"
  29 Mart 2024    Oxunub:708
Türkiyəli aktrisa Türkan Şoray sənət yoldaşı Kadir İnanırın səhhəti ilə bağlı paylaşım edib.
Xanım sənətçi hesabında :"Kinonun əfsanəvi aktyoru Kadir İnanır, keçmiş olsun. Şad xəbərin bizi sevindirdi, Allah şəfa versin",- yazıb.

Qeyd edək ki, martın 24-də Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın ustad sənətkarı Kadir İnanırın vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Sənətçi beyin əməliyyatı keçirib və qan laxtası yığılan damarı açılıb.

Həkimlərinin verdiyi məlumata görə, aktyor xəstəxanaya gətirilən zamanı huşu üstündə olmayıb və sağ tərəfi iflic olub.

Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Necdet Sağlam əməliyyatdan sonra çəkilən MRT müayinələri prosedurun uğurlu keçdiyini və beyin qidalanmasının hazırda yaxşı olduğunu qeyd edib.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti