Millimizin sabiq üzvü ictimaiyyətdən yardım istədi

   Millimizin sabiq üzvü ictimaiyyətdən yardım istədi
  07 Aprel 2024    Oxunub:940
Azərbaycan millisinin sabiq üzvü Vadim Vasilyev ictimaiyyətdən yardım istəyib.
AzVision.az xəbər verir ki, o, bu barədə öz Feysbuk hesabında paylaşım edib.

53 yaşlı keçmiş hücumçu bir müddətdir xəstəlikdən əziyyət çəkir. O, bu il fevral ayında insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. V.Vasilyevdən toplanan anamnez, həmçinin aparılan instrumental, laborator müayinələr nəticəsində ona kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulub.

V.Vasilyev bu gün öz Feysbuk hesabında paylaşım edərək ictimaiyyətdən maddi yardım istəyib və qeyd edilən bank kartının nömrəsini yazıb:
4169 7388 8139 5176
Kapital Bank


Qeyd edək ki, V.Vasilyev Azərbaycan millisinin heyətində 33 oyun keçirib və 2 qol vurub. O, Vadim Vasilyev karyerası ərzində (1993-2007-ci illərdə) “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.


AzVision.az


Teqlər:





Xəbər lenti