ABŞ-nin eks-səfiri Kubaya "işşləyirmiş"

ABŞ-nin eks-səfiri Kubaya "işşləyirmiş"
  13 Aprel 2024    Oxunub:904
ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluqda təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə CNN bildirib. ABŞ məhkəməsinin hakimi sabiq diplomata xarici hökumətin agenti kimi fəaliyyət göstərmək üçün gizli sövdələşməsinə görə beş il və fəaliyyətinə görə əlavə on il həbs cəzası verib.

Xatırladaq ki, Birləşmiş Ştatların Ədliyyə Departamenti ötən ilin dekabrında 73 yaşlı Roçaya qarşı ittiham irəli sürüb. Baş prokurorun sözlərinə görə, bu, “xarici agentin ABŞ hökumətinə ən böyük və davamlı sızmalarından biridir”. Roçanın 40 ildən çox Kuba hökumətində işlədiyi iddia edilirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti