Tokayev Ermənistana səfər edəcək

 Tokayev Ermənistana səfər edəcək
  13 Aprel 2024    Oxunub:952
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana bir günlük rəsmi səfər edəcək.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, səfər zamanı Tokayev Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqlar aparılacaq.

Bu, Tokayevin Ermənistana ikitərəfli səviyyədə ilk rəsmi səfəridir.

Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanda Ermənistan-Qazaxıstan biznes forumu baş tutub.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti