Rusiyada hava limanı fəaliyyətini dayandırdı

 Rusiyada hava limanı fəaliyyətini dayandırdı
  13 Aprel 2024    Oxunub:1123
Rusiyanın İvanovo hava limanı sertifikatın yenilənməsi ilə əlaqədar fəaliyyətini dayandırıb.
AzVision.az "Lenta.ru"ya istinadən xəbər verir ki, aprelin 13-də hava limanı bağlanıb.

“Biz yeni sertifikatın əldə edilməsi prosesinin mümkün qədər tez başa çatdırılması üçün hər cür səy göstəririk”, - deyə hava limanından məlumat verilib.

Qeyd olunub ki, uçuşların müvəqqəti dayandırılması zamanı bütün planlaşdırılmış reyslər ləğv ediləcək. Biletləri geri qaytarmaq üçün təşkilat sərnişinlərə digər aviaşirkətləri ilə əlaqə saxlamağı təklif edib.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti