Ən yaşlı bitişik əkizlər dünyasını dəyişdi - FOTO

Ən yaşlı bitişik əkizlər dünyasını dəyişdi -    FOTO
  13 Aprel 2024    Oxunub:1083
Ginnesin Rekordlar Kitabına əsasən, dünyadakı ən yaşlı bitişik qadın əkizlər sayılan Lori və Corc Şappel 62 yaşında həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə Ginnes Rekordlar Kitabı məlumat yayıb.

Bildirilir ki, əkizlər 7 apreldə Pensilvaniya Universiteti Xəstəxanasında ölüblər. Ölümün səbəbi açıqlanmayıb.

Başlarından bitişik şəkildə 1961-ci ilin 18 sentyabrda dünyaya gələn əkizlər həyati qan damarlarını və beyinlərinin 30%-ni bölüşürdülər. Hərçənd doğulduqları vaxt ən çox 30 yaşlarınacan yaşaya biləcəkləri deyilsə də, onlar sağlam həyat keçiriblər. Corc musiqiçi, Lori boulinq oyunçusu idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: əkizlər   vəfat  





Xəbər lenti