İsrail İrana məxsus 300 pilotsuz təyyarə və raketin 99%-ni dəf edib

   İsrail İrana məxsus 300 pilotsuz təyyarə və raketin 99%-ni dəf edib
  14 Aprel 2024    Oxunub:829
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İranın hücumunu dəf etməyi bacardığını deyib. İsrail Müdafiə Qüvvələri iddia edir ki, 300-ə yaxın mərmi buraxılıb, onların 99%-i ələ keçirilib.
Rəsmi Tehran isə daha əvvəl pilotsuz təyyarələrin və raketlərin hədəflərinə çatdığını bildirmişdi.
Bayden: ABŞ İsrailə bütün İran PUA və raketlərini vurmağa kömək etdi


“Biz müdaxilə etdik. Biz blokladıq. Biz birlikdə qalib gələcəyik”, - deyə Netanyahu X sosial şəbəkəsində yazıb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari jurnalistlərə bildirib ki, İran İsrailə 170 pilotsuz uçan aparat və 30 qanadlı raket atıb, lakin bir dənə də olsun mərmi ölkənin hava məkanına daxil olmayıb, onlar digər ölkələrin əraziləri üzərindən vurulub. Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri tərəfindən 25 qanadlı raket məhv edilib.

İsrail ordusunun məlumatına görə, İran İsrailə 120 ballistik raket atıb. Onlardan bəziləri İsrail müdafiəsindən yan keçərək ölkənin cənubundakı aviabazaya zərbələr endirib. Bununla belə, infrastruktura cüzi ziyan dəydiyi və aviabazanın normal şəkildə fəaliyyət göstərdiyi bildirilir.

Bundan əlavə, İsrail ordusunun məlumatına görə, İraq və Yəməndən buraxılan pilotsuz təyyarə və ya raketlərin heç biri ölkənin hava məkanına daxil olmayıb.

Qeyd edək ki, İran aprelin əvvəlində Dəməşqdəki İran konsulluğuna edilən hücuma cavab olaraq İsrailə qarşı onlarla raket və pilotsuz uçan aparat atıb. ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail ordusu Amerika hərbçilərinin dəstəyi ilə gələn mərmilərin demək olar ki, hamısını vurmağa nail olub.

Həmçinin oxu:
Blinken ABŞ tərəfdaşları ilə İranın İsrailə zərbə endirməsini müzakirə edəcək

İsrail İrandan gələn zərbələri belə dəf etdi - Video

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti