Pentaqon: Vaşinqton Tehranla münaqişə axtarmır

      Pentaqon:    Vaşinqton Tehranla münaqişə axtarmır
  14 Aprel 2024    Oxunub:1051
Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin İsraili dəstəkləməyə davam edəcək. O əlavə edib ki, aprelin 14-nə keçən gecə ABŞ İranın İsrailə doğru atdığı onlarla raket və pilotsuz təyyarəni ələ keçirib.
“Biz İranın ehtiyatsız və misli görünməmiş hücumlarını pisləyirik və növbəti hücumları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırırıq. Biz İranla münaqişəyə can atmırıq, lakin biz, şübhəsiz ki, qüvvələrimizin maraqlarına uyğun hərəkət edəcəyik və İsrailin müdafiəsini dəstəkləyəcəyik”, - Lloyd Austin Pentaqonun saytında yayımlanan açıqlamada deyilir.
Bayden: ABŞ İsrailə bütün İran PUA və raketlərini vurmağa kömək etdi


O, həmçinin bildirib ki, regiondakı vəziyyəti diqqətlə izləməyə və müttəfiqlərlə məsləhətləşmələrə davam edəcək. Nazir İranın hücumunun dəf edilməsində iştirak edən ABŞ əsgərlərinə təşəkkür edib.

Aprelin 14-nə keçən gecə İsrail Müdafiə Qüvvələri İranın ölkəyə doğru 200-dən çox raket və PUA buraxdığını bildirib.Tehranın hücumu aprelin əvvəlində Dəməşqdəki konsulluğuna edilən zərbəyə cavab olub. İsrail Müdafiə Qüvvələri dəymiş ziyanı kiçik hesab edib. İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran pilotsuz təyyarələri və raketləri İsrail ərazisi daxilindəki hədəfləri vurub. ABŞ prezidenti Co Bayden deyib ki, ABŞ ordusu İsrailə demək olar ki, bütün dron və raketlərini vurmağa kömək edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti