Livan XİN: "Region uçuruma dirənib"

      Livan XİN:    "Region uçuruma dirənib"
  15 Aprel 2024    Oxunub:670
Livanın Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki artan gərginliyə qarşı narahatlığını dilə gətirib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin saytında bəyanat yayımlanıb.

"Bütün Yaxın Şərq uçurumun kənarına dirənib. Baş verən hadisələri böyük narahatlıqla izləyirik. Hadisələr Qəzza zolağında müharibənin eskalasiyası şəklində meydana gəlir. Eskalasiyaya, müharibə və qisas hədələrinə son qoymağa, regionda sülh və təhlükəsizliyə xələl gətirən hadisələrin qarşısını almaq naminə beynəlxalq hüquq və qətnamələrə hörmət göstərməyə çağırırıq", - bəyanatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Livan   Yaxın-Şərq   bəyanat  





Xəbər lenti