Milyarder: "Bu, Üçüncü Dünya Müharibəsi deməkdir"

   Milyarder:    "Bu, Üçüncü Dünya Müharibəsi deməkdir"
  16 Aprel 2024    Oxunub:480
Amerikalı məşhur milyarder Devid Saks "X" sosial şəbəkəsində diqqət çəkən paylaşım edib.
İş adamı biznesmen Bill Akmanın "Qərb Ukrayna səmasını qoruyacağı təqdirdə dünya daha təhlükəsiz hala gələcək" tvitinə münasibət bildirib.

Saks həmkarına belə cavab verib ki, Qərbin Ukraynadakı münaqişəyə birbaşa cəlb olunmasının yalnız bir nəticəsi olacaq. Bu, Üçüncü Dünya Müharibəsi deməkdir.

Xatırladaq ki, dünən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə diqqət çəkən açıqlamalar vermişdi. O, "ABŞ nə üçün İsraildə olduğu kimi Ukraynada da Rusiya raket və dronlarını havadaca zərərsizləşdirmir?" sualına maraqlı reaksiya verib: "Bu sualın ortaya çıxacağını bilirdim. Biz fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhdid modellərindən danışırıq."
AzVision.az



Teqlər: Milyarder  





Xəbər lenti