Pentaqonun keçmiş müşaviri: "Ukraynalılar kütləvi şəkildə təslim olurlar"

Pentaqonun keçmiş müşaviri:    "Ukraynalılar kütləvi şəkildə təslim olurlar"
  17 Aprel 2024    Oxunub:628
"Ukrayna Silahlı Qüvvələrinin əsgərləri cəbhədəki ağır vəziyyətə görə kütləvi şəkildə təslim olurlar".
Bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom"a müsahibəsində deyib.

Ukrayna daha çox ərazi itirəcək - "Politico"
Makqreqor vurğulayıb ki, Rusiya Ukrayna hərbçilərini əsirlikdə onlara qarşı yaxşı rəftar ediləcəyinə inandıra bilib. Bu amil isə Kiyevə tabe olan Silahlı Qüvvələrin bir çox əsgərinin Ukrayna uğrunda ölümə davam etmək əvəzinə təslim olmağa qərar verməsində əsas rol oynayır.

Ekspert iddia edib ki, əsirlikdə olan əsgərlər Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət apardığı vaxtlardan daha yaxşı vəziyyətdə olurlar. Çünki onlar normal qidalanır və yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunurlar.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də uğurlu olmayıb. Son aylarda isə Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

AzVision.az



Teqlər:   Ukrayna   Əsir   Rusiya  





Xəbər lenti