Paşinyanın mühafizəçisi siyasətçini qovdu

Paşinyanın mühafizəçisi siyasətçini qovdu
  17 Aprel 2024    Oxunub:645
Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Voskepar kəndinin sakinləri ilə yenidən görüşüb.
Görüş qalmaqalla da yadda qalıb. Məsələn, “Demokratik Birlik” partiyasının sədri Suren Petrosyan Paşinyanın kəndlilərlə görüşünə buraxılmayıb. Siyasətçi "Mamul"a açıqlamasında deyib ki, “Paşinyan mühafizəçisi ona görüşdə iştirak etməyə icazə verməyib”.

Paşinyan yenidən sərhəddə yaşayanlarla görüşdü
“Hamının telefonunu yığdılar, içəridə ancaq hökumət kameraları var idi. Görüşün nəticələrinin cəmiyyətə necə təqdim ediləcəyini artıq təsəvvür etmək çətin deyil”, - partiya sədri gileylənib.

Xatırladaq ki, Nikol Paşinyanın Voskepara əvvəlki səfəri bir ay əvvəl - martın 18-də baş tutmuşdu. Baş nazir burada rezonans doğuran bəyanatla çıxış edib. O, delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini deyib. Həmin vaxt yerli media bunu ölkə rəhbərinin xalqı təhdid etməsi kimi qiymətləndirmişdi.
AzVision.az



Teqlər:   Paşinyan  





Xəbər lenti