HƏMAS lideri Türkiyəyə gedir

   HƏMAS lideri Türkiyəyə gedir
  17 Aprel 2024    Oxunub:755
HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Türkiyəyə səfərə yollanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, millət vəkilləri qarşısında çıxışı zamanı Həniyyənin bu həftə sonu Türkiyəyə gələcəyini söyləyib.

Əlavə məlumata görə, şənbə günü İstanbuldakı Dolmabağça sarayında onların görüşü baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Fələstin   səfər  





Xəbər lenti