ABŞ hərbi bazasına hücum planlaşdıran rus agentlər saxlanılıb

 ABŞ hərbi bazasına hücum planlaşdıran  rus agentlər saxlanılıb
  18 Aprel 2024    Oxunub:654
Almaniyanın Bavariya bölgəsində Rusiya xüsusi xidmət orqanlarına işləməkdə və hərbi obyektlərdə təxribat hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlanılıb.
Bu barədə "Der Spiegel" məlumat yayıb.

“Güman edilir ki, onlar Rusiyanın tələbi ilə Amerika bazalarını izləyib və hərbi nəqliyyat marşrutlarına hücumlar planlaşdırırmışlar. Agentlərin hədəfində Almaniyanın Ukraynaya göndərdiyi yardımlar da olub”, - nəşr yazıb.

Maraqlıdır ki, saxlanılan şəxslərə onlara qarşı irəli sürülən ittihamlarla əlaqəli sübutlar təqdim edilməyib.

Nəşrin mənbələrindən biri qeyd edib ki, söhbət keçən il xüusi xidmət orqanlarının ələ aldığı “Rusiya almanları” olan Diter S. və Alexander Y.S.-dən gedir. Onların əsas hədəfi Ukraynadan olan tank ekipajlarının təlim keçdiyi Qrafenvuer yaxınlığındakı ABŞ ordusunun bazası olub.
AzVision.az



Teqlər: Agent  





Xəbər lenti