Şmıqaldan dünya müharibəsi xəbərdarlığı

 Şmıqaldan dünya müharibəsi  xəbərdarlığı
  18 Aprel 2024    Oxunub:762
Ukraynanın baş naziri Denis Şmıqal BBC-yə diqqət çəkən açıqlamalar verib.
O, ABŞ-dən gözlənilən yardımın ayrılmamasının Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracağını iddia edib.

“Əgər biz özümüzü müdafiə etməsək, Ukrayna çökəcək", - nazir gileylənib.

Şmıqal əlavə edib ki, bunun nəticəsində bütün planetdə xeyli sayda münaqişələr yaranacaq. Bu isə öz növbəsində üçüncü dünya müharibəsi deməkdir.

Xatırladaq ki, ABŞ Konqresində Kiyevə 60 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı hələlik razılıq əldə olunmayıb. Bundan əvvəl ayrılmış vəsait isə ötən ilin dekabrında bitib.
AzVision.az



Teqlər:





Xəbər lenti