İsrail İrana zərbənin effektivliyini və nəticələrini qiymətləndirir

   İsrail İrana zərbənin effektivliyini və nəticələrini qiymətləndirir
  19 Aprel 2024    Oxunub:561
İsrail cümə günü səhər İran obyektinə edilən hücumun nə dərəcədə təsirli olduğunu və onun nəticələrini qiymətləndirir.
Bu barədə NBC telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü kanalın müvafiq sorğusuna şərh etməkdən imtina edib.

Bundan əvvəl ABC telekanalı amerikalı rəsmiyə istinadən İsrailin İrandakı obyektə raket hücumu təşkil etdiyini bildirmişdi. CNN ABŞ rəsmisinə istinadən təsdiqləyib ki, bu hücum İsrailin aprelin 13-də İranın hücumuna cavabıdır.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti