Utilizasiyalıq iPhone-ları Çinə satdılar

 Utilizasiyalıq iPhone-ları Çinə satdılar
  19 Aprel 2024    Oxunub:735
Apple-ın tərəfdaşı kimi çıxış edən Kanadanın "GEEP Canada" şirkəti təkrar emal əvəzinə Çinə 100 minə yaxın iPhone satıb.
AzVision.az xəbər verir ki, bu barədə " Bloomberg " məlumat yayıb.

Apple şirkəti daha sonra GEEP-i məhkəməyə verib. Amerika şirkəti kanadalı tərəfdaşdan müqaviləni yerinə yetirmədiyinə görə 31 milyon Kanada dolları ödəniş tələb edib. İş hələ də həllini tapmayıb.

Məlumata görə, Apple-ın təkrar emala göndərdiyi cihazların çoxu kifayət qədər istifadəyə yararlı olub.

Həmidə İbrahimova

AzVision.az




Teqlər:





Xəbər lenti