Çində avtomobil yolu çökdü - 31 yaralı

   Çində avtomobil yolu çökdü -  31 yaralı
  01 May 2024    Oxunub:504
Çinin cənubundakı Quandun əyalətində yol çöküb.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.

Məlumata görə, 31 nəfər xilas edilib, onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir. Magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti