Apteklərdə aşkarlanan qüsurlar açıqlanıb

Apteklərdə aşkarlanan qüsurlar açıqlanıb
  01 May 2024    Oxunub:815
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.
Mərkəzdən AzVision.az -a verilən xəbərə görə, yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   aptek   yoxlama  





Xəbər lenti