Qırğızıstanda hakimiyyəti ələ keçirməyə cəhd edən şəxs saxlanıldı

   Qırğızıstanda hakimiyyəti ələ keçirməyə cəhd edən şəxs saxlanıldı
  22 Aprel 2024    Oxunub:574
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə şübhəli bilinən və axtarışda olan vətəndaş İmamidin Taşovu saxlayıb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şübhəli dövlət sərhədini qanunsuz keçdikdən sonra Qırğızıstanın Kara-Balta şəhərinə getmək istəyərkən saxlanılıb.

Milli Təhlükəsizlik Dövlət Komitəsi iddia edir ki, Taşov etiraz aksiyası keçirmək və qüvvələri birləşdirmək üçün Qırğızıstan ərazisində müvəqqəti qərargah təşkil etməyi planlaşdırıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti