İrəvanda reyslər təxirə salındı

 İrəvanda reyslər təxirə salındı
  22 Aprel 2024    Oxunub:694
Ermənistanın "Zvartnots" hava limanında aparılan işlərlə əlaqədar 12 reys gecikib.
AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunlara Moskva, Soçi, Sankt-Peterburq, Venesiya, Kişinyov və digər şəhərlərdən gələn reyslər daxildir.

Məlumata görə, yerli vaxtla saat 10:00-da eniş etməli olan Venesiya-İrəvan reysinin təyyarəsi hələ də havaya qalxmayıb.

Eyni zamanda, sərnişinlərə gecikmənin səbəbi “Zvartnots”un guya qapalı olması ilə izah olunur.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti