Delimitasiyaya hazırlıq: Ermənistan Bağanis-Əskipara yolunu bağladı

   Delimitasiyaya hazırlıq:  Ermənistan Bağanis-Əskipara yolunu bağladı
  23 Aprel 2024    Oxunub:657
Aprelin 23-də Ermənistan Tavuş vilayətinin Bağanis-Əskipara hissəsində Azərbaycanla sərhədlərin delimitasiyası işlərinə başlayır. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qazaxın 4 kəndi qaytarılır
Bildirilir ki, Bağanis-Əskipara avtomobil yolu ətraf ərazilərdə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların yaxınlıqdakı minalanmış ərazilərə daxil olmalarının qarşısının alınması məqsədilə bağlanıb.

“Bu gün Bağanis-Əskipara hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır. Sərhəd demarkasiya edildikdən sonra onun mühafizəsi Ermənistan Sərhəd Qoşunlarına veriləcək”, - deyə bildirilib.

Xatırladaq ki, aprelin 19-da baş tutan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq barədə razılığa gəlib. İyulun 1-dək isə delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin tam təsdiq edilməsi başa çatdırılacaq.

Həmçinin bax:
Ermənistanda delimitasiya komissiyası yanında iki işçi qrupu yaradılıb

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti