Rusiya XİN: "Bakı və İrəvan arasında sülh müqaviləsi zəruridir"

      Rusiya XİN:    "Bakı və İrəvan arasında sülh müqaviləsi zəruridir"
  23 Aprel 2024    Oxunub:720
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının, regionda nəqliyyat kommunikasiyalarının açılmasının və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının həyata keçirilməsinin zərurətini diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik kollegiyasının "Cənubi Qafqazda Rusiya maraqlarının inkişafı" mövzusunda iclası barədə mediaya verilən məlumatda deyilir.

Bildirilib ki, Rusiya üçün prioritet regionda sabitlik, təhlükəsizlik və rifah təminatıdır.

İclas zamanı regionun koordinasiyasının və özünü təminatının gücləndirilməsi problemləri, onların xaricdən müdaxiləyə imkan verilmədən ölkələrin özləri tərəfindən həlli yolları nəzərdən keçirilib. Bu çərçivədə "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) Regional Məşvərət Platformasının potensialından istifadənin əhəmiyyəti və bu yöndə əməli addımların atılması vurğulanıb.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti