Nikolun növbəti addımı "soyqırımı" anımının ləğvi olacaq - "Hraparak"

   Nikolun növbəti addımı "soyqırımı" anımının ləğvi olacaq    - "Hraparak"
  24 Aprel 2024    Oxunub:797
Ermənistanın məşhur qəzetlərindən olan “Hraparak”da diqqət çəkən məqalə dərc edilib.
Nəşr iddia edib ki, baş nazir Nikol Paşinyan tezliklə anım günləri ilə bağlı erməni cəmiyyətində şok effekti yaradacaq bir addım atacaq: “Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərin "erməni soyqırımı" ilə bağlı sualına cavablandırarkən maraqlı fikirlər səsləndirdi. O dedi ki, "İndi regionda yeni nizam qurulur. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür". Artıq Ermənistan da onun fikirləri ilə razılaşır.

Ermənistanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb - VİDEO
Türkiyə prezidentinin dünənki açıqlamalarından sonra Ermənistanın ictimai-siyasi dairələrində Paşinyanın aprelin 24-də edəcəyi çıxışı ilə bağlı həyəcanlı gözləntilər var. Əksəriyyətin fikrincə, Paşinyan xüsusi mesajlar göndərməklə Ərdoğanın təklifinə “qarşılıq” verəcək. O, əsassız hekayələrdən imtina etmək və soyqırımının tanınması prosesinə geri dönməz zərbə vuracaq mesaj verməyə çalışacaq. Hakimiyyət xüsusən də ictimaiyyəti "soyqırımı"nın real olmasına əmin olmaq üçün 1,5 milyon qurbanın adlarını yoxlamaöa çağırır".

Nəşr xatırladıb ki, Paşinyan bu yaxınlarda gənclər üçün oxuduğu mühazirə zamanı israr göstərərək soyqırımı sözünü işlətməyib. Osmanlı imperiyası zamanı baş verənləri başqa söz ilə əvəz edib: "Bu tendensiya demək olar ki, bütün dövlət qurumlarında da nəzərə çarpır".

Müəllif misal olaraq İrəvan metrosunun Facebook səhifəsində olan paylaşımı xatırladıb ki, burada da aprelin 24-dəki iş qrafikinə dair yazıda bir neçə dəfə redaktə edilib və “Soyqırım”ı sözündə dəyişiklik olub: "Bütün bunlar o deməkdir ki, indiki Ermənistan hakimiyyəti tezliklə “Bayramlar və anım günləri haqqında” qanununa düzəlişlər etməyi öz üzərinə götürəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Soyqırımı   Paşinyan  





Xəbər lenti