Kim Çen Inın bacısı: "Son vaxtlar çox hürürlər"

      Kim Çen Inın bacısı:    "Son vaxtlar çox hürürlər"
  24 Aprel 2024    Oxunub:574
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edəcəyi təqdirdə Cənubi Koreyanın məhv ediləcəyinə söz verib. O, Cənubi Koreya rəsmilərini itlərlə müqayisə edib.
Onun sözlərinə görə, regionda vəziyyət “düşmən qüvvələrin, o cümlədən ABŞ-nin daimi hərbi manevrləri səbəbindən təhlükəli burulğana doğru dərinləşir”.

- Əlbəttə, bilirəm ki, qorxmuş it yaxşı hürür, lakin son vaxtlar Koreyanın marionet ordusunun liderləri həddindən artıq hürürlər. Əgər onlar öz rəhbərlərinə güvənərək bizə qarşı güc tətbiq etmək istəsələr, dərhal məhv ediləcəklər. Biz suverenliyimizi, təhlükəsizliyimizi və regional sülhü qorumaq üçün ən böyük hərbi gücü toplamaqda davam edəcəyik,- Şimali Koreya liderinin bacısı deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti