"61 milyard dollar Ukraynaya çatmayacaq" - Jak Bo

"61 milyard dollar Ukraynaya çatmayacaq"    - Jak Bo
  24 Aprel 2024    Oxunub:796
İsveçrənin keçmiş kəşfiyyatçısı, NATO rəhbərinin müşaviri vəzifəsində çalışmış polkovnik-leytenant Jak Bo diqqət çəkən açıqlamalar verib.
O, “Dialogue Works”ə müsahibəsində ABŞ-nin ayırdığı 61 milyard dollarlıq vəsaitin Kiyevə çatmayacağını iddia edib.

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib
Polkovnikin sözlərinə görə, Ukraynaya ABŞ Senatının dünən axşam qəbul etdiyi təxminən 61 milyard dollar məbləğində olan maliyyə yardımı paketi “ilk növbədə ABŞ hərbi-sənaye kompleksi üçün faydalı olacaq”.

NATO-nun keçmiş müşaviri Jak Bo ABŞ pullarının niyə Ukraynaya çatmayacağını da açıqlayıb:

"Bu o deməkdir ki, Kiyev üçün nəzərdə tutulduğu iddia edilən bu vəsaitlər Ukraynaya birbaşa yönəldilməyəcək. Onlar əvvəlcə silah istehsal edən Amerika korporasiyalarına veriləcək".

Ekspertin fikrincə, məhz bu səbəbdən ABŞ-nin xarici siyasəti Vaşinqtonun dünyadakı bütün münaqişələrə dəstək verməyə maraqlı olmaq, daha çox tərəfləri qarşıdurmaya təhrik etmək üzərində qurulub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

AzVision.az



Teqlər:   Ukrayna   ABŞ  





Xəbər lenti