Türkiyədə İŞİD-lə əlaqəsi olan 23 şübhəli saxlanılıb

   Türkiyədə İŞİD-lə əlaqəsi olan 23 şübhəli saxlanılıb
  25 Aprel 2024    Oxunub:403
Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

Onun sözlərinə görə, həbslərin əksəriyyəti - 10-u Suriya ilə həmsərhəd Hatay vilayətində həyata keçirilib.

Qeyd edək ki, 2023-cü il iyunun 1-dən 2024-cü il aprelin 22-dək Türkiyədə İŞİD-ə qarşı 1422 əməliyyat keçirilib, 2991 nəfər saxlanılıb, onlardan 718-i terror fəaliyyətinə görə həbs edilib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti