"Şadam ki, dirək quraşdırdıq" - Simonyan

"Şadam ki, dirək quraşdırdıq"    - Simonyan
  25 Aprel 2024    Oxunub:535
Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər sosial şəbəkələrdə gündəmə çevrilmiş sərhəd dirəklərindən danışıb.
O jurnalistlərlə söhbətində Azərbaycanla əldə olunan razılaşmanı təqdir edib: "Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Düzünü desəm, mən şadam ki, biz sərhəd dirəyini quraşdırmışıq. Axı sərhəd təkcə Ermənistan üçün deyil, Azərbaycan tərəfi üçün də müəyyən edilib”.

Simonyan həmçinin iddia edib ki, tərəflər sərhəddə irəlilədiyi ərazidən geri çəkiləcəklər: “Heç kim Ermənistana aid heç bir ərazini təslim etmir”.

AzVision.az



Teqlər:





Xəbər lenti