DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
AzVision.az -a verilən məlumata görə, cari il ərzində görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 97, qanunsuz küçə ticarəti ilə məşğul olan 17, məişət tullantılarını urnalardan kənara atan 19, qanunsuz ağac kəsən 2 və yerin təkinindən istifadə qaydaları pozan 1 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Həmçinin ətraf mühiti çirkləndirən, baytarlıq haqqında qanunvericiliyin tələblərinə riayət etməyən və digər inzibati xətalara yol verən ümumilikdə 88 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az