Türkiyə “F-35” proqramına qayıtmayacaq

   Türkiyə “F-35” proqramına qayıtmayacaq
  04 May 2024    Oxunub:810
Türkiyə ABŞ-dan sanksiyalarını qaldırmağı tələb edir. Əks halda yeni nəsil "F-35" qırıcılarının istehsalında iştirakdan imtina edəcək.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Fuat Oktay məlumat verib.

Onun sözlərinə görə, Amerikanın ölkəsinə qarşı sanksiyaları əsassızdır:

"Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksi aldığı üçün ABŞ belə bir addım atıb. Biz o zaman da (sistemləri alarkən - red.) bəyan etmişdik ki, “S-400” ilə "F-35" korpuslarını qarışdırmaq olmaz. Ankaraya tətbiq edilən CAATSA sanksiyalarına yenidən baxılmalı, hətta ləğv edilməlidir".

Türkiyə martın sonunda Ankarada ABŞ Konqresinin nümayəndə heyəti ilə danışıqlarda da eyni mövqedən çıxış etmişdi.

Xatırladaq ki, qardaş ölkə 2019-cu ildə Rusiyadan “S-400” aldıqdan sonra "Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalar Yoluyla Mübarizə Aktı" çərçivəsində Vaşinqtonun sanksiyalarına məruz qaldı və rəsmi olaraq “F-35” proqramından çıxarıldı. 26 yanvar 2007-ci il tarixində imzalanan birgə proqram ləğv edildi və yeni razılaşmaya Türkiyə daxil edilmədi.

Əvvəllər proqramın iştirakçıları arasında Türkiyə ilə bərabər ABŞ, İngiltərə, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveç yer alırdı.

Türkiyə "F-35" qırıcıları üçün komponentlər, gövdə elementləri və bəzi sistemlər istehsal edirdi.

Birləşmiş Ştatlar bəyan edir ki, Türkiyənin proqramda iştirakı yalnız “S-400”dən imtina edəcəyi təqdirdə mümkündür.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti