Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək
  04 May 2024    Oxunub:496
Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək.
Bu barədə AzVision.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

Deputatlar “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda simpoziumda iştirak edəcəklər. Tədbir Qazi Universiteti, Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondu və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Toplantıda mövzu ilə bağlı tarixi faktlardan bəhs ediləcək, həqiqətləri əks etdirən sənədlər təqdim olunacaq, doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə toxunulacaq.

Səfər mayın 9-da başa çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti