NİİM ötən il baş verən qəzaların görüntüsünü yaydı - Video

  NİİM ötən il baş verən qəzaların görüntüsünü yaydı -    Video
  26 Aprel 2024    Oxunub:559
"Təəssüf ki, paytaxt ərazisində bir çox hallarda piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxırlar, yeraltı və yerüstü keçidlərdən istifadə etmirlər, avtomobilin tam dayanmağına əmin olmadan yolu keçməyə çalışırlar".
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əhaliyə müraciətində deyilir:

"Ən acınacaqlı vəziyyət isə, xüsusilə də axşam saatlarında piyadaların çox zolaqlı və hərəkətin intensiv olduğu küçə və prospektlərdə yolu keçməsi ilə bağlıdır. Təbii ki, bəzən sonu faciə ilə nəticələnən belə yol-nəqliyyat hadisələri yollarda sıxlığın yaranmasına da səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq həm sürücülərin, həm də piyadaların nəzərlərinə çatdırmaq istəyirik ki, piyadalar yolu keçərkən diqqətli olmalı, sürücülər isə sürət həddinə və yol nişanlarının tələblərinə əməl etməli, ümumilikdə isə hər iki tərəf hər an, hər yerdə ehtiyatı əldən verməməlidir".

Mərkəz ötən il müşahidə kameraları vasitəsilə qeydə alınan qəzaların görüntüsünü də yayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti