İnzibati binadan oğurluq edən mühafizəçi saxlanılıb

İnzibati binadan oğurluq edən mühafizəçi saxlanılıb
  06 May 2024    Oxunub:609
Goranboyda inzibati binadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binaların birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb.

AzVision.az


Teqlər: cinayət   oğurluq   DİN  





Xəbər lenti