Mərakeş Kralı COP29-a dəvət olunub

  Mərakeş Kralı COP29-a dəvət olunub
  27 Aprel 2024    Oxunub:532
Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə görüşüb.
Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyindən AzVision.az -a bildirilib ki, görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti