Papa ilk dəfə G7 sammitində iştirak edəcək

Papa ilk dəfə G7 sammitində iştirak edəcək
  27 Aprel 2024    Oxunub:543
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə olaraq “Böyük Yeddilik” (G7) ölkələrinin İtaliyada keçiriləcək sammitində iştirak edəcək.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib. Onun sözlərinə görə, Roma Papasının G7 Sammitinin süni intellektlə bağlı sessiyasında iştirak edəcək.

Baş nazir İtaliyanın dəvətini qəbul etdiyi üçün katoliklərin ruhani liderinə təşəkkürünü bildirib, pontifikin sessiyada iştirakının süni intellekt üçün tənzimləyici, etik və mədəni çərçivənin müəyyənləşdirilməsinə həlledici töhfə verəcəyini vurğulayıb.

İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti