Braziliya polisi Rusiya səfirliyində partlayıcı tapmayıb

Braziliya polisi Rusiya səfirliyində partlayıcı tapmayıb
  27 Aprel 2024    Oxunub:960
Braziliyanın paytaxtı Brasiliyadakı Rusiya səfirliyində polis heç bir partlayıcı tapmayıb.
Bu barədə Correo Brasiliense qəzeti məlumat yayıb. Səfirlik diplomatlarına xaricdən gələn zəngdən sonra polis araşdırmaya başlayıb. Naməlum şəxs binada bomba olduğunu bildirib.

Hadisə yerinə istehkamçılar, yanğınsöndürənlər və xüsusi əməliyyat taborunun qrupunun mütəxəssisləri gəlib. Binada axtarış aparılsa da, orada heç nə tapılmayıb. Rusiyanın Braziliyadakı səfirliyi insidentlə bağlı məlumatı rəsmən təsdiqləməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti