Türkiyədə restoran və kafelərdə qiymətlər ciddi bahalaşacaq

   Türkiyədə restoran və kafelərdə qiymətlər ciddi bahalaşacaq
  27 Aprel 2024    Oxunub:1005
Türkiyənin Maliyyə Nazirliyi restoran və kafelərə ƏDV-ni tələb olunan 10% və 20% əvəzinə 1% dərəcəsi ilə hesablamağa imkan verən qanun boşluğunu aradan qaldırıb.
Müvafiq məlumat “Resmi Gazete”də dərc olunub. Türkiyədə yüksək inflyasiya səbəbindən ərzaq və xidmətlərin yüksək qiymətləri ictimai iaşə sektorunu xərcləri artırmağa məcbur edir.

Son iki ildə restoran və kafelərdə yeməklərin qiymətləri xeyli artıb, bəzi ictimai iaşə obyektlərində isə iki dəfə və ya daha çox bahalaşıb. Bu, müştərilərin axınına əhəmiyyətli dərəcədə təsir edib.

Bəzi kafe və restoran rəhbərləri pula qənaət etmək və müntəzəm pərakəndə ticarətdə bəzi ərzaq məhsulların maya dəyərini saxlamaq məqsədilə ƏDV-ni standart 10% (tərkibində spirt olan məhsullar üçün 20%) deyil, güzəştli 1% dərəcəsi ilə hesablayıblar.

Vergi orqanlarının nöqteyi-nəzərindən bu, formal olaraq pozuntudur, ona görə də Maliyyə Nazirliyi ƏDV-nin hesablanması qaydalarını dəqiqləşdirmək və sərtləşdirmək qərarına gəlib. Belə ki, 41 min ictimai iaşə obyekti yoxlanılıb, onlardan bəzilərində 1 faiz dərəcəsi ilə vergi hesablanıb.

İndi kafe və restoranlar müştərilərə təklif etdikləri bütün məhsullara 10 və 20% vergi tətbiq etməli olacaqlar. Bu, həm masa xidmətinə, həm də onlayn satışa, paketli yeməklərə, bufet satışlarına və çimərliklərdə müştəri xidmətlərinə aiddir.

Qeyd olunub ki, bu qaydalar təkcə ictimai iaşə xidmətləri göstərmək üçün lisenziyası olan müəssisələrə deyil, həm də belə lisenziya almayan və adi ticarət obyekti kimi fəaliyyət göstərən, lakin əhalini hazır qida və içkilərlə təmin edən müəssisələrə də şamil edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti